Gözlərinizin ətrafında sarı səpgilər varsa... ÇOX TƏHLÜKƏLİ SİMPTOM!

Bəzən orta yaşlı və yaşlı insanların gözlərinin ətrafında (daha tez-tez üst göz qapağında) kiçik sarı şişlər görmək olur.

Belə şişlər insanın xarici görünüşünü korlayır, kosmetik qüsur yaradır. Lakin "ksantelazma" adlandırılan bu şişlər fikirləşdiyimizdən daha təhlükəlidir.

Bu şişlər orqanizmdə xolesterolun yüksək səviyyədə olmasından xəbər verir. Orqanizmdə xolesterolun yüksək səviyyədə olması aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlar daralır, sərtləşir, zəif və kövrək olur ki, bu da ürək-damar sisteminin ciddi xəstəliklərinin əsas səbəblərindəndir.

Danimarkada keçirilmiş 13 000 insan əhatə edən elmi araşdırma göstərib ki, gözlərin ətrafında sarı səpgilər olan insanların 70%-də aterosklerozun və nəticədə insult və infarkt kimi ağır pozulmaların inkişafı riski olduqca yüksək olur.

Bu səbəbdən alimlər bu simptomu gördükdə onu yalnız kosmetik qüsur kimi deyil, ciddi pozulmanın simptomu kimi qiymətləndirməyə çağırır və vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика