Rəhman Rəhmanovun səhhəti pisləşdi - FOTO

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovun səhhətində ciddi problem yaranıb.

Yayılan xəbərə görə, Rəhmanovun ayaqları tutulub.

Aktyor hazırda ev şəraitində müalicə alır.

Oxu.Az-ın əməkdaşı Rəhman Rəhmanovla əlaqə yaratmağa çalışsa da, onun telefonuna zəng çatmayıb.

Qeyd edək ki, 62 yaşı tamam olan Əməkdar artist şəkər xəstəliyindən əziyyət çəkir.

Saglamolun.Az