Minlərlə qadın büstqalterini bu çəpərə asır – Səbəbi isə... /FOTO

Yeni Zelandiyada yerləşən Cardrona dərəsinə gələn qadınlar Bradrona adı verilən çəpərə öz büstqalterlərini asırlar. Səbəbi isə çox maraqlıdır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qadınların bunu etməkdəki məqsədi süd vəzi xərçənginə diqqət çəkməkdir.

Cardrona dərəsi 20 ilə yaxın zamandır ki, turizm mərkəzi hesab olunur.

Həmin ərazinin bu qədər məşhur olmasının səbəbi isə dərəyə yaxın yerləşdirilmiş cəpərdir.

Son bir neçə ildə Bradronada süd vəzi xərçəngi üçün 40 min dollar pul toplanılıb.

Büstqalterlərlə dolu olan çəpərin 24 saat içərisində 10 mindən çox bəyənilən “Facebook” hesabı da var.

Ərazidən fotoları təqdim edirik:

 

Saglamolun.Az