Bu gün NİYYƏT GECƏSİDİR - Bunlara MÜTLƏQ əməl edin

Bu gün müqəddəs Ramazan ayının ilk gecəsi - niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt niyyət etməklə, hər bir müsəlman Ramazan ayına başlamış olur.

Maraqlıdır, niyyət gecəsi nə etməliyik?

İlahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, niyyət edərkən xüsusi qaydalara ehtiyac olmur:

“Ramazan ayı boyunca hər insan gündəlik niyyət etsə, daha gözəldir. Niyyət edərkən “Allaha xatir, Ramazan ayının sabahkı gününün orucunu tuturam qürbətən illəllah”,- demək lazımdır. Bu  sözləri hər  gün demək də olar  və ya 1 ay  ərzində niyyət etmək də mümkündür. Niyyətin sözlərini öz dilimizdə söyləyə bilərik”.

İlahiyyatçı bildirib ki,  niyyət gecəsi ilə bağlı xüsusi dualar yoxdur:

“Niyyət gecəsində hər bir insan öz qəlbinin dilində dua edə bilər. Ramazan ayında isə hər günün özünün xüsusi duaları olur”.

Qeyd edək ki, bu il Ramazan ayının niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Saglamolun.Az