Qadın öləndən 3 ay sonra uşaq dünyaya gətirib

26-yaşlı portuqaliyalı idmançı Katarina Sekeyra hamiləliyin 19-cu həftəsində ağır astma tutmasını keçirib.

Saglamolun.az The Sun-a istinadla xəbər verir ki, qadın xəstəxanaya yerləşdirildikdən sonra onun vəziyyəti daha da ağırlaşıb və həkimlər Katarinanı süni komaya salıb.

Bir müddətdən sonra həkimlər Katarinanın beyin ölümünü təsdiq ediblər.

Ananın həyatını xilas edə bilmyən həkimlər dölün həyatını xilas etmək üçün əllərindən gələni etməyə qərar veriblər.

Ananın ölümündən sonra həkimlər 56 gün ərzində xüsusi cihazların köməyi ilə dölün həyat fəaliyyətini təmin edə biliblər. 32-ci həftəsində Katarina qeysəriyyə kəsiyi əməliyyatı olunub və 1,7 kq çəkisində oğlan uşağı dünyaya gəlib.

Uşaq dünyaya gələndən bir neçə saat sonra həkimlər ananın bədəni aparatlardan ayırıblar.

Həkimlərin sözlərinə görə, uşaq tam sağlamdır. Ona Salvador adı verilib. Tibdə bu hadisə sensasiya kimi qiymətləndirilir. 

Saglamolun.Az