Mən onun çiynində qəbrə getmək istəyirdim... - Qripdən dünyasını dəyişən dünya çempionunun atası - VİDEO

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə dünya və Avropa çempionu Xamis Məmmədovun həyatından danışılıb.

Milli.Az xəbər verir ki, valideynləri və həyat yoldaşı onun haqqında xatirələrini bölüşüblər:

Gülxar Məmmədova - Anası: "Ana bətnində olarkən çox narahat olurdum. Təpik, yumruq vururdu. Əvvəlki uşaqlar belə deyildi, məni belə narahat etmirdi. Dedilər, səhər canını tapşırıb. Gecə yuxuda özüm onun yasinini oxumuşam. Onunla son dəfə görüşə bilmədim".

Rüstəm Məmmədov - Atası: "Onun uşaqlıq illərini yadıma salanda kədərlənirəm. Mənə gəlib, "karateyə getməyə icazə ver" dedi. Əvvəlcə razı olmadım, bir neçə dəfədən sonra razılıq verdim. İdman zalı tikdirirdi, başa çatdıra bilmədi. Arzuları yarımçıq qaldı. Məni aldatdı. Qızım da, oğlum Vəkil də məni aldatdı. Deyib ki, anama, atama deməyin, xəstədilər bilməsinlər. Oğlunun kiçik toyuna hazırlaşırdı, qismət olmadı. Mən onun çiynində qəbrə getmək istəyirdim".

Rəşadə Məmmədova - Həyat yoldaşı: "Övladlarının ikisinin də davamçısı olmasını istəyirdi, amma qıza baxanda deyirdi ki, bunda öz uşaqlığımı hiss edirəm. Soruşsalar ki, dünyanın ən yaxşı atası kimdir? Mən öz atamdan da əvvəl Xamisi deyərdim. Övladlarını sevindirmək üçün hər yola əl atardı. Onda gördüyüm atalıq tamam başqa idi. Hamımız evdə xəstələnmişdik. Onun qızdırması var idi, xəstəxanaya qalmaq üçün yox, qızdırmasını salmaq üçün iynə vurulsun deyə getdi. Getdi, 1saat sonra zəng vurub dedi ki, həkim deyir, qalmalısan xəstəxanada. Qardaşı bilirdi, nə qədər məcbur etdilər çıxmadı xəstəxanadan.  Xamis özü getdi girdi xəstəxanaya, amma oradan ölüsü çıxdı. Məni xəstəxanaya qoymadı, dedi, uşaqlar xəstədi onlara bax, gəlmə. Axırıncı dəfə xəstəxanadan mənə şəkil göndərdi və zəng vurdu. Vurduğu axırıncı zəng idi. Danışdıq, axırıncı sözü "yuxum gəlir, yatıram" oldu. Qızım hələ də onun yolunu gözləyir. "Ana, Atam sağalmadı? Gəlsin də xəstəxanadan" deyir. Qız elə deyəndə oğlan ağlayır, çünki başa düşür. Qızım isə hələ də atasının yolunu gözləyir".

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика