Telefonla yatmağın təhlükəsi aşkarlandı

Yuxuya getməzdən qabaq smartfon və ya planşetdə sosial şəbəkəni oxumaq sağlam yuxunun ən böyük düşmənidir.

Yatmazdan qabaq elektron cihazlarla təmasdan imtina, yüngül qida qəbulu, uşaqla birgə yuxuya getmə isə əksinə, sağlam və keyfiyyətli istirahətin qarantıdır.

“RİA Novosti”nin məlumatına görə, bunu Con Hopkins Universitetinin Tibb Məktəbinin professoru Vsevolod Polotski deyib.

“Yuxu pozuntusu insanların uzun müddət sosial şəbəkələrdə vaxt keçirməsi ucbatından baş verir, belə ki, daimi şüalanma orqanizmin bioloji saatına mənfi təsir göstərir”, - deyə V.Polotski bildirib.

Onun sözlərinə görə, sosial şəbəkədə ola-ola yuxuya getmək, natamam yuxu, yuxu fazasının pozulması, yuxusuzluq kimi problemləri ortaya çıxmasına səbəb olub.

“Böyüklər günə azı yeddi saat yatmalıdırlar. Çarpayıda elektron cihazlardan, o cümlədən, “iPhone” və ya “iPhad”, televizor və digər qadjetlərdən istifadə etməməlidirlər. Bundan başqa, yatmazdan əvvəl ağır qidalar qəbul etmək və ya intensiv şəkildə idmanla məşğul olmaq olmaz”, - deyə alim sağlam yuxu üçün tələb olunan şərtləri açıqlayıb.

Saglamolun.Az

............




loading...

 

 

 

Загрузка...

HƏKİMLƏR

Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...

 


Яндекс.Метрика