Bakının Nərimanov rayonunda Malik Məmmədov 12 ünvanında yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində saat 23:30 radələrində yanğın başlayıb.
Report.az-ın verdiyi məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Yataqxana sakinlərindən ikisi, Surxay Əliyev və Elza Əliyeva ölüb. Onların ər-arvad olduğu bildirilir.
Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.
Saglamolun.Az