Aktrisa Didem Balçın estetik əməliyyatdan sonra tanınmaz hala düşüb.
Axşam.az bildirir ki, gözəllik mərkəzlərindən birində əməliyyat olunan aktrisanın üzünə yaralar çıxıb.
Belə ki, əməliyyat günü 36 yaşlı aktrisanın üzündə şiddətli ağrı və yanıqlar olub. Lakin həkim bunun iynələrin təsirindən olduğunu və tezliklə keçəcəyini deyərək evə buraxıb. Terapevtik məqsədlə verilən dərman və kremlər istifadə edən Balçın üzündəki şişkinliyin yaralara çevrildiyini görüb. Dərhal gözəllik mərkəzinə zəng vuran Didem onu əməliyyat edən həkimin saxtakar olduğunu və işdən çıxarıldığını öyrənib.
Bundan sonra aktrisa gözəllik mərkəzinin rəhbərini və saxtakar həkimi məhkəməyə verib.
Saglamolun.Az