Müşahidələr göstərir ki, son 10 ildə əhali arasında boy fərqi kəskin dəyişib.
Cəmiyyətdə boylu-buxunlu adamlar tək-tək gözə dəyir.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, belə getsə, gələcəkdə vəziyyət daha da dəyişə bilər. Səbəblər isə bir neçədir.
Adil Quybulla - Tibbi ekspert: "Uşaqları çox geyindirirlər, yedirdirlər, idmana meyilli olmurlar, immun sistemi zəif olur. Təbii ki, ekoloji faktorları da qeyd etmək lazımdır".
Sakin: "İdmana vaxt ayırmıram. Yalnız həftə sonları".
Qohum nikahları da boy artımına bir bəladır desək, yanılmarıq.
Nahid Məhərrəmov - Həkim-terapevt: "Məsləhətdir ki, yaxın qohum evliliklərində gen xəstəlikləri mütləq yoxlanılsın, ondan sonra qərar verilsin".
Sakin: "Mənim valideynlərim məndən çox kiçik idi, amma mən onlardan qat-qat hündürboy oldum".
Adil Quybulla - Tibbi ekspert: "Bununla məşğul olacaq müvafiq qurumlar olmalıdır. Zərərverici faktorlarla bağlı izahat aparılmalıdır".
Azərbaycan əhalisi arasında ən çox cılızlaşmanın qeydə alındığı ərazi də müəyyənləşdirlib, şimal-qərb regionu.
Ekspertlər deyir ki, problemin daha qabarıq şəkil alaraq gələcək genefonda təsir etməməsi, yaxud bu təsiri azaltmaq üçün gənclər kütləvi şəkildə idmana cəlb olunmalı, sistemli işlər aparılmalıdır.
Saglamolun.Az