3 uşaq anası sinə əməliyyatına görə dünyasını dəyişib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə, Londonda yaşayan 36 yaşlı Luis Harvi sinə böyütmə əməliyyatından 17 gün sonra ölüb.
Əməliyyatdan 2 həftə sonra nəfəs ala bilmədiyinə görə "Norwich University Hospital"a aparılan qadın orada keçinib.
Araşdırmalar nəticəsində məlum olub ki, onun ölümünə səbəb qan laxtalanmasıdır. Bu isə sinə əməliyyatından sonra baş verib.
Onun ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Saglamolun.Az