ABŞ süni ətin istehsalına hazırlaşır

 

ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarəti İdarəsi (FDA) laboratoriya şəraitində suni yetişdirilmiş ətin istehsalı və satışı qaydalarını razılaşdırıblar.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə tərəflərin birgə bəyanatında bildirilir.

FDA heyvan hüceyrələrinin toplanmasına, nazirlik əməkdaşları isə nişanlanma və istehsal məsələlərinə cavabdehlik daşıyacaqlar.

Saziş üzərində tamamlanma işləri dekabrın 26-na qədər davam etdiriləcək. Hər iki qurum bu növ məhsulun təhlükəsizliyini təmin edəcəklərinə əmindirlər.

Saglamolun.Az