Supermarketdə görünməmiş hadisə baş verib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, supermarketə gedən qadın kassada aldığı malların pulunu ödəyərkən sancılanıb. O, qışqıraraq kömək istəyib.
Rusiyanın Omsk vilayətində supermarketə gedən 28 yaşlı adı açıqlanmayan qadın kassanın arxasında övlad dünyaya gətirib.
Doğum prosesi təxminən 11 dəqiqə çəkib. Ona satıcılar, kassirlər və alıcılar kömək ediblər. Qadın doğduqdan sonra uşaqla birlikdə müayinə üçün xəstəxanaya aparılıb.
O, övladına İvan adını verib. Qadına ən çox kömək edən şəxs 35 yaşlı kassir Elena Barsukova olub.
"Düşünməyə vaxt yox idi", - Elena açıqlamasında söyləyib.
Qeyd edək ki, Ivan qadının 4-cü övladıdır.
Milli.Az mağazanın təhlükəsizlik kamerasına düşən görüntüləri təqdim edir:
Saglamolun.Az