17 yaşlı qız burun əməliyyatından sonra öldü - Həkim səhvi

Türkiyənin Qaziantep rayonunda burun əməliyyatı zamanı beyninə qan sızdıqdan 10 gün sonra dünyasını dəyişən 17 yaşlı Kübranın üzərində aparılan tibbi ekspertizanın hesabatında tükürpədən fakt yer alıb.

Milli.Az xəbər verir ki, məlum olub ki, həkim əməliyyat zamanı tibbi qaydalara düzgün riayət etməyib.

Tibbi ekspertizanın rəyindən sonra Kübra Özüberkin ölümünə səbəb olan həkim barəsində cinayət işi açılıb.

Saglamolun.Az