Lal qızın dilini açan hadisə eşidənləri TƏƏCCÜBLƏNDİRİR - Bir neçə saniyə geciksəydi ...- FOTO

Kanadada baş verən bu hadisə eşidənləri heyrətləndirib. Hər kəsi məəttəl qoyan bu olay qısa zamanda sosial şəbəkədə sürətlə yayılıb.

Beyin şişi olan 9 yaşlı Lexie nə danışa, nə də yeriyə bilir. Fəqət bunların heç biri onu azyaşlı qardaşının həyatını xilas etməyə mane olmayıb.

Kanadanın Yeni Şotlandiya adlanan bölgəsində yaşayan bir ailə 9 yaşlı qızlarının doğum günü üçün tort hazırlayıblar.

Xəstəliyi səbəbi ilə yeriyə bilməyən və danışmayan Lexie o gün qəhrəman olacağından xəbərsiz idi.

Lexienin anası yuxarı mərtəbəyə çıxmışdı. Lexie və azyaşlı qardaşı qonaq otağında idi. Nənəsigil isə mətbəxdə iş görürdülər. Qəfil 18 aylıq uşaq qapıdan çıxıb, hovuza düşdü.

Əlil arabasındakı Lexie bunu gördü. Anası və nənəsinə xəbər vermək üçün o günə qədər görünməmiş bir şəkildə, var gücüylə qışqırıb.

Milli.Az Newsner-ə istinadən xəbər verir ki, Lexienin anası Kelly Jackson "Mən yuxardaykən aşağıdan qışqırtı gəldiyini eşitdim. Qızımın əvvəl belə qışqırdığını eşitməmişdim" deyib.

Lexie-nin anası "Qızıma sarılıb ağladım və hər gün təşəkkür edirəm. Açığı bir neçə saniyə geciksəydi, nə olacağını xəyal belə edə bilmirəm" fikirlərini səsləndirib.

Saglamolun.Az