Hacı Nuran səhhəti ilə bağlı ölkəni tərk edir - Foto

"Sabah, inşallah, müalicəmi davam etdirmək üçün Almaniyaya gedirəm".

Kult.az xəbər verir ki, bu sözləri aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov şəxsi İnstaqram hesabında yazıb. Xəstəxanada çəkilmiş fotosunu paylaşan xeyriyyəçi onu ziyarət edən bütün dostlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb.

Saglamolun.Az