Bakıda Kids studio bağçasında uşaqlara işgəncə verilir - Video

 

Bakıda yerləşən “Kids studio” bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Bu görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Sosial şəbəkələrdə aparılan müzakirələrə görə, bağça indiyədək lisenziyasız fəaliyyət göstərib.

Hüquq-mühafizə orqanlarından Modern.az-a daxil olan məlumata görə, ictimaiyyətdə geniş rezonans doğuran məsələ hazırda araşdırma mərhələsindədir:

"Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibova və tərbiyəçi Firuzə Tağıyeva Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Onlar dindirilib, izahatları alındıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Saglamolun.Az