Diş çürüyünə qarşı kəşf

Günümüzün ən məşhur və həlli tapılmayan narahatlıqlarından biri olan diş çürüklərinə qarşı tarixi bir kəşf edildi.

ABŞ-da çalışan 3 elm adamı, ixtira etdikləri yeni yolla diş minasını müalicə edə bilirlər.

Deyerler.org bildirir ki, diş çürükləri dişinizi nizamlı olaraq fırçalamasanız, müstəqil bir şəkildə sizi tapa bilər. Diş fırçalamaq yalnız çürümə ehtimalını azaldır. Ancaq diş sağlamlığı, fərdlərin necə qidalandıqları ilə əlaqəli olaraq da dəyişə bilər. Bədənimizin ən həssas parçalarından biri olan dişlərimiz çürüyəndə də bir həlli tapılmır. Çürüyən dişlər ya plombla bağlanılır, ya kanal müalicəsi ilə kökündən ayrılır, ya da çıxarılır.

Ancaq Vaşinqton Universitetində çalışan elm adamları diş sağlamlığımız üçün tarixi bir ixtira ediblər.

Xəbərə görə "peptit" adı verilən bir amin turşusu növü üzərinə araşdırma aparan qrup, diş çürüklərinin müalicəsi üçün bir yol tapdı. Normal şərtlərdə diş minasının meydana gəlməsindən məsul olan təbii ferment "amelogeninin" əvəzi olan bu süni yol, diş minasının təkrar meydana gəlməsini təmin edir.

Araşdırmaçılar bu məhsulun diş pastalarına qoyulması üçün lazımlı işləri başlatdılar. Digər tərəfdən bu kəşflə birlikdə, çürük müalicəsi qiymətlərinin əhəmiyyətli ölçüdə azalmaları gözlənilir.

Saglamolun.Az