Martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın nəticəsində 25 nəfər ölüb.
Milli.Az xəbər verir ki, narotik maddə asılısı olan məşhur meyxanaçı Aydın Xırdalanlının da 1 aya yaxındır ki, həmin mərkəzdə müalicə aldığı məlum olub.
Dünən həmkarı Vasif Əzimovun toyunda iştirak etmək üçün Aydın Narkoloji Mərkəzdən çıxıb, toya gedib. Meyxanaçı toydan sonra həmin Mərkəzə qayıtmalı və daha 1 həftə orada müalicə almalı idi.
Lakin Aydın Xırdalanlı dəhşətli yanğının baş verdiyi yerə qayıtmayıb və beləcə sağ qalıb.
Saglamolun.Az