Bakının Nərimanov rayonunda itdişləmə hadisəsi baş verib.
Report.az bildirir ki, 2008-ci il təvəllüdlü Məsimov Mirağa Zöhrab oğlu M.Nərimanov küçəsi ilə gedərkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Heyvanlar onun baş və boyun nahiyələrindən dişləyiblər. Çoxlu qan itirən yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada cərrahi əməliyyat olunub. Həkimlər uşağın vəziyyətini stabil ağır kimi qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Saglamolun.Az