26 ildir ad günü etmir... - FOTO

Aparıcı Günay Baxşəliyeva həyat yoldaşı Zaur Baxşəliyevi ad günü münasibətilə təbrik edib.

Axşam.az bildirir ki, Günay Zaur və qızları Dilavərlə birlikdə çəkilmiş fotosunu İnstaqram hesabında paylaşıb və ona xoş arzularını bildirib:

"Ad günün mübarək, Zaur! Allahıma çox şükür, nə yaxşı həyatımdasan, həyatımın dəyərisən. Ən böyük dayağım, güvəndiyim ən yaxın dostum, dəyərlim, şirin balamın atası, sənə olan arzularımı bilirsən. Allah səni bizə, doğmalarına, əzizlərinə, sənə yaxın olan insanlara, 15 ildir səni çox sevən, yorulmadan hər gün izləyən tamaşaçılarına çox görməsin! 26 ildir ki, bircə də dəfə də olsun, ad gününü qeyd etmədin. Ona görə də məcbur olub toyumuzun ildönümündən şəkil paylaşdım. İnşaallah, torpaqlarımız qayıtsın, növbəti yaşını səni sevənlərlə Qarabağda qeyd edək! Üzün, qəlbin hər zaman gülsün, yüz yaşa. Amin".

Saglamolun.Az