Astronomlar bütün planet üzrə növbəti maqnit qasırğasının tarixini proqnozlaşdırıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, proqnozlara görə, maqnit qasırğası martın 18-də bütün planeti əhatə edəcək.
Bu, cari ilin əvvəlində üçüncü analoji hadisə olacaq. Yanvarın 15-də birinci, fevralın 19-da isə ikinci maqnit qasırğası baş verib.
Maqnit qasırğasının baş verdiyi müddətdə energetika sistemlərinin nasazlığı, radio əlaqədə çətinliklər və meteohəssas insanların əhvalının kəskin pisləşəcəyi gözlənilir.
Saglamolun.Az