11 yaşında ana olan qadının ikinci övladı dünyaya gəldi - FOTO

Britaniyanın ən gənc anası olaraq tarixə keçən Tressa Middletonun hazırda 24 yaşı var.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, 11 yaşında ikən yaxın qohumundan hamilə qalan Tressa 12 yaşında doğum edib və Britaniyanın ən gənc anası olaraq tarixə keçib.

Uşaq 2 yaşında övladlığa götürülüb.

Tressa 10 ildən sonra yenidən hamilə qalıb. Onun ikinci övladı dünyaya gəlib. Tressa əri və yeni doğulan körpəsi ilə birlikdə çəkilən şəklini yayıb və xoşbəxt olduğunu söyləyib.

Qeyd edək ki, 2006-cı ildə Tressa xəstəxanada doğum etdikdən sonra 3 həftə orada müalicə alıb. O, iki il uşağın atasının kimliyini gizlədib. Tressa 2008-ci ildə qardaşının onu zorladığını etiraf edib.

Saglamolun.Az