Bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb.
Yanğın saat 20:08 dəqiqədə söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Ətraf ərazilərə təhlükə yoxdur.
Saglamolun.Az