Saatlı sakin Asif İsmayılov 16 ildir ki, hüquqşünas kimi fəaliyyət göstərir. O, gözdən əlil olmasına baxmayaraq, artıq neçə illərdir ki, hüquqşünas fəaliyyətini uğurla həyata keçirir.
Xezerxeber.Az bildirir ki, 2002-ci ildə BDU-nin hüquq fakultəsini bitirən Asif İsmayılov o vaxtan bəri hüquqşünas kimi fəaliyyət göstərərək insanlara hüquqi yardım göstərir. Müsahibimizin sözlərinə görə, bu vaxta qədər iştirak etdiyi bütün məhkəmələrin əksəriyyətində qalib gəlib. Bu da insanların ona olan inamını artırıb.
Gözdən əlil olması bu şəxsdə heç də kompleks yaratmır, əksinə, onda gördüyü işə daha da həvəs yaradır.
Vəkillər Kollegiyasının test imtahanını uğurla keçən Asif İsmayılov hazırda növbəti mərhələyə hazırlaşır.
Asif İsmayılov deyir ki, insanların fiziki məhdudiyyəti heç vaxt onlara əngəl olmamalıdır. Dünyanın ən məşhur şəxslərinin bəzilərinin də əlilliyi olub, amma bu gün onları hamı tanıyır. Asifi də bu amal daha irəli addımlamağa imkan verir.
Saglamolun.Az