Bakı yaxınlığında zəlzələ baş verib

Xəzər dənizinin Bakı sahilində zəlzələ olub.

Sputnik.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda dənizdə qeydə alınıb.

Dənizkənarı yaşayış məntəqələrində 3 bala qədər təkanlar hiss olunub.

Saglamolun.Az