Ən böyük arzusuna çatdı, xəstəxanada gəlinlik geyindi, 18 saat sonra öldü - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən qızın arzusu ürəyində qalmadı, 18 saatlıq da olsa evliliyin dadını çıxara bildi.

Milli.Az nydailynews-a istinadla xəbər verir ki, Amerikanın Konnekitot ştatında yaşayan 31 yaşlı Heather Lindsay (Hetr Lindsi) adlı qız xəstəxanada gəlinlik geyinib, ərə gedib.

2 il əvvəl xərçəng diaqnozu qoyulan Hetr sevdiyi şəxslə ailə qurduqdan 18 saat sonra ölüb. Onların xəstəxanada baş tutan nikah mərasimlərini gəlinin rəfiqələri kameraya çəkiblər. Bəyin dediyinə görə, o, həmin anda xəstəxanadakılara qışqıraraq "mən onun xanımıyam, bacardım", - deyib.

"Bu marafon yarışçılarının xətti birinci keçəndə sevinməsinə bənzəyir", - deyə Linsdinin əri Karas Moşer söyləyib.

Qızın qollarını qaldıraraq sevincli olduğunu ifadə etdiyi foto sosial şəbəkələrdə paylaşılma rekordu qırıb.

Qeyd edək ki, cütlük 2015-ci ildə rəqs kursunda tanış olublar. Oğlan ona evlilik təklifi etməyə hazırlaşanda qızın xərçəng olduğunu biliblər. Onlar 2 il bunu ertələsələr də, vəziyyətin ağır olduğunu görən cütlük xəstəxana ailə qurmaq qərarına gəliblər. Xəstəxanada ərə gedən Hetr 18 saat sonra dünyasını dəyişib.

Saglamolun.Az