"Maşın" onun üçün əldən getdi - VİDEO

ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktrisa Tünzalə Əliyevanı SMS səsverməsinə çıxarıblar. O öz rəqibini açıqlamasa da, müğənni Talıb Tale hədəfedə olduğunu güman edərək, Tünzalə xanımın getməsinə səs istəyib. 
Tünzalə xanımın Talıbla mübarizəyə başlaması Mehriban Xanlarovanın narazılığına səbəb olub. O Vüsalə Kərimovaya bununla bağlı öz iradını da bildirib. “Siz demişdiz ki, Talıbla duelə çıxmaq istıyirsiz. Nəyə görə siz Tünzaləyə etirz etmədiz ki, Talıbla mən mübarizə aparacam”, - deyə Vüsaləni qeyri-səmimilikdə ittiham edib.

Saglamolun.Az