Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikası

Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikasını uşağın həyatının ilk günlərindən başlamaq lazımdır.

Təbii ana südü ilə qidalanma böyük əhəmiyyətə malikdir.

Həkimlərin rəyinə görə uşaqların təbii qidalanması, heç olmasa, onların 1 yaşına qədər davam etdirilməlidir.

Bundan başqa, uşaqların yeməyinə əlavə qidaları vaxtında və savadlı şəkildə daxil etmək də çox vacibdir. Bir qədər böyük uşaqların rasionu meyvə-tərəvəz, yağsiz süd məhsulları, balıqla zəngin olmalıdır.

Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün kifayət qədər təmiz havada gəzmələri və fiziki hərəkətlərlə məşğul olmaları da vacib hesab olunur.

Həkimlər uşağa gündə 2 saatdan artıq televizora baxmalarına icazə verməyi məsləhət görmürlər. Passiv şəkildə (həmçinin sağlamlıq üçün zərərli olan) televizorun qarşısında oturmağı təmiz havada aktiv oyunlarla, bədən tərbiyəsi və yüngül idman növləri ilə əvəz etmək lazımdır. Üzgüçülüklə məşğul olmaq bu halda daha çox xeyirlidir. Üzgüçülük bədəni möhkəmləndirir, ürək-damar və tənəffüs sistemlərinin düzgün inkişafına kömək edir.

Təmiz havada gəzintilər avtomobil yollarından uzaq olan ərazilərdə olmalıdırlar.

Yaz və payız aylarında kalium, kalsium, maqnezium, dəmirlə zəngin kompleks vitaminlər qəbul edilməsi zəruridir (həkimin məsləhəti ilə). Bu mikroelementlər ürəyin normal işləməsi üçün çox vacibdir.

Bundan başqa, karies, iltihablaşmış adenoid, badamcıqlar və s. kimi uşağın orqanizmində olan xroniki infeksiya ocaqlarını da vaxtında müalicə etmək lazımdır. Çünki daimi orqanizmdə olan infeksiya ocaqları revmatizmin və daha sonra ağır ürək patologiyalarının inkişafına gətirib çıxara bilər.

Uşaqlıq və yeniyetmə dövrü insan sağlamlığının gələcəyinin bünövrəsidir! Əziz valideynlər, bunu heç zaman unutmayın!

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...

 


Яндекс.Метрика