İcbari tibbi sığortadan necə istifadə etmək olar?
Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.
Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir.
Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə
Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda Sizə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.
Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Siz Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı:
- Bakı Sağlamlıq Mərkəzi
- Bakı Göz Klinikası
- Caspian International Hospital
- Assmed Klinikası
- Respublika Diaqnostika Mərkəzi
- Mərkəzi Klinika
- DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı
- Modern Hospital
- Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
- Medera Hospital
- Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası
- Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
- Zəfəran Hospital
- EGE Hospital
- Avrasiya Hospital
- Xüsusi Müalicə Sağlamlıq Kompleksi
- Leyla Medical Center
- Lor Hospital
- OKİ Hospital
- Oksigen Klinik Xəstəxanası
- Diaqnoz Tibb Mərkəzi
- Baku City Hospital
- Mediland Hospital
- Stimul Hospital
- İstanbul NS klinikası
- Turan Hospital
- Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial)
- Dünyagöz
- Olimp Hospital
- Bona Dea Beynəlxalq Hospital
- İstanbul Hospital
- Xəzər Klinikası
- Mərkəzi Gömrük Hospitalı
- N.Tusi adına Klinika
- Sədəf Müalicə-Diaqnostika Mərkəzi
- Medipoint Klinikası
- Türk-Amerikan Medical Center
- Lanset Cərrahlıq Klinikası
- Diamond Medical Park
- Buta Clinic
Sevinc Hüseynova
Saglamolun.Az