Saglamolun.az bbc.ru-ya istinadla koronavirus SARS-CoV-2 (infeksiyanın əsl adı) bağlı ən vacib suallara ətraflı cavabları təqdim edir.
Virus nədir?
Virus genetik kodun mikroskopik hissəsidir. Adi mikroskopun köməyi ilə virusu görmək mümkün deyil. İynənin ucunda koronavirusun 100 mln (!) kopiyasını yerləşə bilir.
Mikroskopik ölçülərinə görə virusdan qorunmaq çox çətindir. Xəstə insan öskürəndə onu ağız suyu ilə milyardlarla viruslar ifraz olunur.
İnsan bədəninə düşən virus xüsusi “açar”ın köməyi ilə hüceyrələrə daxil olur və nəticədə hüceyrələr “virus fabrikası”na çevrilir, yeni və yeni virusları istehsal edirlər. Virus sürətlə çoxalır və xəstəlik inkişaf edir. Virus çoxaldıqca hüceyrələr məhv olunur. Yeni koronavirus əsasən ağciyər hüceyrələrinə daxil olur və onları zədələyir ki, bu da pnevmoniyanın inkişafına gətirib çıxardır.
Koronavirus necə əmələ gəldi?
Dünyada 10 milyonlarla viruslar mövcuddur və hər dəfə yeni və yeni viruslar aşkar olunur.
Virusların əksəriyyəti ziyansızdır. Yalnız bir neçə yüz virus təhlükə yarada bilir, lakin immun sistemimiz bu viruslarla da uğurla mübarizə aparır.
Ən pisi odur ki, viruslar dəyişilir, mutasiya olur ki, bəzən belə yeni virus heyvandan insan orqanizminə keçə bilir. Heyvanlara bu viruslar ziyan vurmasalar da, insan üçün təhlükəlidir. Bunun səbəbi onların yeni olmasıdır. İnsan immuniteti bu virusları hələ ki tanımır və onlara qarşı qoruyucu mexanizmi yoxdur.
Nəticədə virus insanlara arasında sürətlə yayılır və epidemiyaya səbəb olur. QİÇS, SARS, MERS virusları və indi də yeni koronavirus belə yayılıblar.
Xəstəliyin simptomları hansılardır?
Covid-19-un yüngül forması soyuqdəyməyə bənzədiyi üçün bir çoxları bu virusa yoluxduğundan xəbərsiz olurlar.
Ən yayılmış simptomlar – qızdırma, öskürək, ümumi zəiflikdir.
Koronavirusun unikal simptomu da var. Bir çox yoluxmuş insanlar müvəqqəti olaraq iy və bəzən dadbilmədən məhrum olur. Bu onu göstərir ki, virus nəfəsalma sistemindən əlavə, sinir sistemini də zədələyir.
İybilmə hamıda itmir. Lakin bu simptom yeganə və ya birinci inkişaf edibsə, bu artıq narahatçılıq üçün ciddi səbəbdir.
Koronavirusa qarşı peyvəndi nə zaman gözləyək?
Qısa cavab - gözləməyin. Ən yaxşı halda vaksinin kütləvi istehsalı 2021-ci ildə başlayacaq. O vaxta qədər isə insanların əksəriyyəti bu virusdan sağalacaq.
Həmçinin bəzi ekspertlərin fikrinə görə, bu vaksin tapılmaya da bilər. Misal üçün QİÇS-ə qarşı vaksin 35 il axtarılır və hələ ki tapılmayıb.
BSJ peyvəndi koronavirusdan qoruyurmu?
Alimlər bunu hələ ki dəqiq bilmir, lakin belə nəzəriyyə var. İlkin məlumatlar göstərir ki, epidemiyanın yayılması sürəti ilə vərəm əleyhinə vaksinasiyanın arasında ciddi əlaqə var.
Hazırda 6 ölkə bu vaksinin koronavirusa təsiri ilə bağlı araşdırmalara başlayıb.
Virusa qarşı spesifik terapiya varmı?
Yoxdur. Yoluxanları simptomatik müalicə edirlər, yəni xəstəliklə deyil, onun simptomları ilə mübarizə aparırlar.
Lakin həkimlər qeyd edir ki, bu təşviş üçün səbəb deyil. Xəstələrin əksəriyyətinə (80%) həkimlərin yardımı tələb olunmur. Onlar ev şəraitində müalicə alır və təxminən 1 həftə və ya bundan bir qədər çox müddət ərzində sağalırlar.
Nüfuzlu Lanset jurnalında dərc olunmuş məqalədə qeyd olunub ki, COVID-19 orta hesabla 3,5 (üç yarım) həftə ərzində davam edir. Lakin bu yalnız ağır, xəstəxanada müalicə alan pasiyentlərə aiddir.
Saglamolun.Az