Çətənə kolundan istifadə - impotensiya, depressiya, şizofreniya


VƏ BU HƏLƏ SON DEYİL…
Çətənə kolundan mütəmadi istifadə kişilərdə erektil disfunksiya, yəni impotensiya kimi sağlamlıq problemləri yaradır. Qadınlarda isə depressiyanın ağır formaları müşahidə edilir.
Heyvanlar və insanlar üzərində aparılan tədqiqatlar göstərir ki, marixuana, xüsusilə uzun müddət müntəzəm istifadə edildikdə, asılılıq yaradır. Daimi istifadə insanın həyatı ilə bağlı digər bütün zövqlərini kütləşdirir. Reallıqla bağlı dərketməni təhrif edir və istifadəçilər cəmiyyətdən özünü təcrid edib təkliyə çəkilir.
Avstraliyada 1601 nəfərin iştirakı ilə aparılan araşdırmada, istifadədən 7 il sonra ağır depressiya halları müşahidə olunub. Marixuananın şizofreniya və digər psixotik pozuntunları daha da qabartdığı və psixozun inkişafına səbəb olduğu da məlum olub.
İsveçdə 50.000 gənc əsgərinin iştirak etdiyi bir araşdırma, həftədə ən azı bir dəfə marixuana çəkənlərin, heç istifadə etməyənlərə nisbətən şizofreniya xəstəliyinə tutulma ehtimalının iki dəfə çox olduğu məlum olub.
Hazırda Azərbaycan da daxil olmaqla dünyanəın 163 ölkəsində kannabisdən istəfadə qanunla qadağa edilib.

Saglamolun.Az