Загрузка...

Elektrotravma zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir.

Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər.

 

Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.

Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Buna görə də bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.

Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki rubilniki söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır (bax, şəkilə).

Hadisədən nə qədər çox qorxsanız da zərərçəkənə yardım etmək üçün əliboş qaçmayın – bu halda siz ona kömək edə bilmərsiniz, həmçinin özünüz də travma ala bilərsiniz! Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz – onların hamısı cərəyan keçirəndirlər!

Yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də özünüzün də zərər çəkməməyiniz üçün onun bədəninin açıq yerlərinə toxunmayın!

Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal “təcili yardım” çağırın. Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməsə də, yadda saxlamaq lazımdır ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərə bilər. Ona görə də zərərçəkən mütləq təcili şəkildə həkim tərəfindən müayinə edilməli və onun hazırda xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması müəyyən edilməlidir.

“Təcili yardım” xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq, onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın!), üstünü isti örtmək, içməyə isti çay vermək lazımdır.

Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq (3-5 sm-dən yaxın olmamaqla), gicgahlarını sirkədə isladılmış pambıqla sürtmək olar.

Zərərçəkənin nəfəs alıb-almadığını, onun ürəyinin döyünüb-döyünmədiyini yoxlayın. Bir çox hallarda güclü elektrotravmadan sonra həyat əlamətlərini aşkar etmək çox çətin olur. Ancaq əksər hallarda bu dəyişikliklər geriyədönən proses olur. Buna görə yanınızdakı şəxsə “təcili yardım” çağırmasını tapşıraraq özünüz dərhal zərərçəkənə ilk tibbi yardım göstərməyə başlayın. Nəbz və tənəffüsün olmadığı halda, nəfəs gələnədək və ürək döyünməsi bərpa olunanadək və ya həkim gələnədək zərərçəkənə süni tənəffüs vermək və ürəyin qapalı masajını icra etmək lazımdır (bax, “Ürəyin xarici masajı”).

İldırımvurma da elektrotravmalara aiddir. İldırım vurmasının xarakterik əlaməti, ildırım xətti üzrə dəridə şaxəli izin olmasıdır. Zədələnmə əksər hallarda huşun itirilməsi, ifliclər ilə müşayiət edilir və adətən, tədricən keçib gedir.

İldırımvurma zamanı ilk tibbi yardım adi elektrotravmada olduğu kimidir. Vaxtında başlanan aktiv müalicəvi tədbirlər, hətta ildırımdan ağır zədə alan insanı da xilas etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, əhali arasında, elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən elektriki “çıxarmaq” üçün onu quma basdırmaq fikri nadanlıq, çox kobud səhv hesab edilir və bu, zərərçəkənin ölməsinə səbəb ola bilər!


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 agayevalim 09.12.2014 21:21
bes zerercekenin damarlarin kesmek nece bu dogrudumu ve insanda hec bir heyati elamet yoxdusa onu nece saat gozlemek lazimdir ki belke ozune gele
#2 Administrator 10.12.2014 05:38
Цитирую agayevalim:
bes zerercekenin damarlarin kesmek nece bu dogrudumu ve insanda hec bir heyati elamet yoxdusa onu nece saat gozlemek lazimdir ki belke ozune gele

1. Damarları kəsmək olmaz.
2. Bunu xəstəyə yardım edən həkim təyin edir.

Загрузка...
loading...

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика