Təzyiqin düşməsi zamanı İLK YARDIM

Yüksək təzyqilə müqayisədə təzyiqin düşməsi insan sağlamlığına və həyatına ciddi təhlükə yaratmır. (Təbii ki, burada söhbət təzyiqin qanaxma, şok və s. fövqəladə vəziyyətlər nəticəsində düşməsindən getmir.)

Sağlam insanda təzyiqin düşməsinin səbəbləri bunlardır: aclıq, güclü fiziki yükləmə, ani güclü stress, isti havasız yerdə qalmaq və s.

Təzyiqin düşməsinin simptomları: kəskin zəiflik, yuxululuq, başgicəllənməsi, dərinin ağarması, nəbzin artması və ya azalması, baş ağrısı, ağır hallarda bayılma.

Saglamolun.az oxucularına təzyiqin düşməsi zamanı ilk yardım qaydalarını təqdim edir:

- Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin düşməsi təzyiqin qalxması ilə səhv salına bilər.

- Xəstəni yatağa uzandırın, ayaqların altına yastıq qoyun, pəncərəni açın, nəfəsalmanı çətinləşdirən paltarların düymələrini, kəmərini açın.

- Xəstəyə tünd qara şirin çay verin.

- Xəstənin üstünü örtün. Təzyiqin düşməsi zamanı insan üşümə hiss edə bilər.

- Göstərdiyiniz yardıma baxmayaraq təzyiq qalxmır və ya əksinə düşməyə davam edirsə, dərhal “təcili yardım” çağırın. Xəstəni tək qoymayın, daim onun yanlnda olun ki, təzyiqin düşməsi bəzən bayılmaya səbəb ola bilər.

Təzyiq tez-tez düşürsə, həkimə müraciət etmək lazımdır. Bu simptom bəzən çox təhlükəli xəstəlik və pozulmalara işarə edə bilər.

Saglamolun.Az