Polip ümumi olaraq selikli qişadan mənfəzə doğru inkişaf edən selikli qişanın artımlarıdır.
Saplı və sapsız olurlar. Həzm sistemində poliplər ən çox yoğun bağırsaqlarda rast gəlinir.
Rast gəlinmə tezliyinə görə 1) S-VARİ BAĞIRSAQDA (43 %) 2)ENƏN ƏNBƏR BAĞIRSAQDA (14 %) 3) DÜZ BAĞIRSAQDA ( 8 % ) və digər şöbələrdə rast gəlinir .
Poliplərin yaranma səbəbləri dəqiq bəlli deyil! Xroniki qəbizlik, düzgün olmayan qidalanma poliplərin inkişafına səbəb ola bilər! İrsiyyətin də poliplərin inkişafında böyük rolu vardır.
AİLƏVİ ADENOMATOZ POLİPOZİS dediyimiz sindrom zamanı xəstəlik irsi olaraq ötürülür və bu cür poliplərin bədxassəli şişə keçmə riski çox böyükdür.(100 % ). O baxımnan belə xəstələrdə bağırsaqda aşkar olunmuş poliplər dərhal çıxarılır, hətta bəzən yoğun bağırsağın tamamilə rezeksiyası (çıxarılması) aparıla bilər !
Əksər hallarda bağırsaq polipi özünü heç bir əlamətlə büruzə vermir !!! Bəzən isə aşağıdaki simptomlarla müşayiət olunur :
- NƏCİSDƏ ÇOXLU MİQDARDA SELİYİN OLMASI,
- DÜZ BAĞIRSAQ QANAMALARI
- QARINDA SPASTİK AĞRILAR
- QƏBİZLİK, YAXUD İSHAL
- Anemiya ( Qanazlığı )
Böyük ölçüdə olan poliplər bağırsağın mənfəzini tamamilə bağlaya bilər ki, bunun nəticəsində də BAĞIRSAQ KEÇMƏMƏZLİYİ inkişaf edə bilər !
Vaxtında qarşısı alınmayan polip bədxassəli şişə çevrilə bilər! Yoğun bağırsağın xərçəngi əksərən xoşxassəli adenomatoz, poliplərdən inkişaf edir. Xüsusən iri ölçülü poliplərdən. Odur ki, yoğun bağırsaqda aşkar olunan poliplər dərhal çıxarılmalı və xəstə vaxtaşırı olaraq kontrol kolonoskopiya müayinəsinə cəlb olunmalıdır.
Zamanında aşkar olunmuş adenomatoz poliplər endoskopik polipektomi dediyimiz üsulla asanlıqla çıxarıla bilir!
Bağırsaq poliplərinin bəzən gizli getdiyini nəzərə alsaq, yaşı 45-50-dən böyük olan bütün insanlar hər 5 ildən bir kolonoskopiya müayinəsindən keçməlidir !
Bağırsağında polip aşkarlanan insanlar isə mütamadi olaraq bu müayinəyə cəlb olunmalıdır !
Tərlan Qasımov
Qastroenteroloq-İnvaziv Endoskopist
.
Saglamolun.Az