Kanadada hamilə qadınlar üzərində aparılan bir araşdırma zamanı gözlənilməz nəticələr üzə çıxıb.
Araşdırmanın nəticəsinə görə, qadınların çox istifadə etdiyi bir maddə uşaqlarda zəka səviyyəsini aşağı salır.
Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, araşdırma Kanadadakı Toronto Universitetində 287 ana-uşaq cütlüyü arasında aparılıb. Araşdırmada hamilə qadınların sidiyindəki fluorid miqdarı ilə uşaqlarının zəka səviyyəsindəki azalma arasında bağlantı müşahidə edilib.
Elm adamı, həkim Hovard Hu fluorid maddəsinin dölün inkişaf etməkdə olan sinir sisteminə mənfi təsir etdiyini açıqlayıb. Fluorid, adətən, dişə qulluq vasitələrinin, diş məcunlarının tərkibində olur. Hətta fluorid tərkibli uşaq diş məcunları da satılır ki, bu da onların sağlamlığı üçün ciddi təhlükə sayılır.
Diş məcunu alarkən onun tərkibinə diqqət yetirin. Mağazalarda “uşaq diş məcunu” adı altında satılan fluoridsiz diş məcunları da mövcuddur ki, başda hamilələr olmaqla hər kəs məhz onlardan istifadə etməlidir.
Saglamolun.Az