İspaniyada 2017-ci ildə əkiz uşaq dünyaya gətirən 69 yaşlı qadın 4 ildir mübarizə apardığı məhəmə prosində məğlub olub. Məhkəmə qadının uşaqlarına baxa bilmədiyə hökm çıxararaq əkizlərin başqa bir ailəyə verilməsinə qərar verib.
Moderator.az xəbər verir ki, Burqos şəhərində yaşayan Maurisiya Ibanez adlı qadın 2017-cii ldə süni mayalanma üsulu ilə əkiz uşaq dünyaya gətirib. Uşaqlar doğulduqdan sonra Sosial Xidmətlər Departamenti qrupları tərəfindən aparılan araşdırma nəticəsində 65 yaşlı qadının uşaqlara baxa bilmədiyi qənaətinə gəlinib.
Bundan sonra başladılan və 4 il davam edən məhkəmə prosesi nəticəsində uşaqlar qadının əlindən alınaraq qoruyucu ailəyə verilib. Məhkəmdən sonra yerli mediaya açıqlama verən qadın " Uşaqlarımın məndən alındığı üçün çox narahatam. Onlar çox körpədi ana qayğısına ehtiyacları var" deyib.
Saglamolun.Az