Bakı məktəblərində şagirdlərdən xüsusi informasiya toplanır: Yoluxan varsa...

Bakıda şagirdlər və onların ailə üzvləri barədə COVID-19 barədə məlumatlar toplanır. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat veriblər.

Onlar bildiriblər ki, sinif rəhbərləri şagirdlər və onların ailələrində virusa yoluxma faktının, eləcə də ailə üzvləri arasında ağır tənəffüs yolları xəstəliklərinin olub-olmadığını dəqiqləşdirirlər: "Bizə sinif rəhbərləri WhatsApp qrupunda səs göndəriblər ki, şagirdlər və  ailə üzvləri arasında bu virusa yoluxan varsa, məlumat verək".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə bu tip məlumatların toplanması normaldır: "Pandemiya dövründə şagirdlər və onların ailə üzvləri barədə COVID-19-a yoluxmanın olub-olmadığını dəqiqləşdirmək vacib məqamdır. Bu pedaqoji heyətin və şagirdlərin sağlamlığının qorunması baxımından lazımdır".

Saglamolun.Az