"Uşaq pulu" bərpa edilə bilər - İşçi qrupu yaradılıb

"Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrup yaradılıb”.

Report.az bildirir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, parlamentin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq:

“Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

Saglamolun.Az