Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü

Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 2714 nəfərdir.

Saglamolun.Az