Professor: Kollektiv immunitetin yaranmasıyla virus da tədricən yoxa çıxacaq

Professor Azərbaycanda koronavirusun pik həddinin vaxtını AÇIQLADIXəbər verdiyimiz kimi Operativ Qərargahın ötən gün verdiyi yeni qərarına əsasan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Gündəlik yoluxma rəqəmlərini nəzərə alsaq pandemiyanın ümumi gedişi gələn həftələrdə pik həddə çata bilərmi? Azərbaycanda koronavirusun pik həddi nə vaxta proqnoz edilə bilər?

Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla danışıb:

"Karantin rejimi ona görə aparılır ki, burada insanların fəaliyyəti, davranışları konkret olaraq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq məhdudlaşdırılsın. Yəni yoluxmanın digər amilləri nəzərə alınmaqla qaydalar müəyyənləşdirilsin. Bu yoluxmanın qarşısının alınması və hadisənin lokallaşdırılması üçündür. Karantin tədbiri sərt aparıldıqda adətən buna nail olmaq olur. Çin təcrübəsi bunu göstərdi. Hətta bildirim ki, normal karantin tədbirlərinə, qaydalarina insanlar şüurlu sürətdə əməl etdikdə nailliyyət olur. Almaniya təcrübəsini buna misal çəkmək olar. Karantin tədbirləri sərt adı altında olub, qaydalar pozulursa, karantindən xüsusi effekt gözləməyə dəyməz. İnsanlar muxtəlif yollarla rayonlara gediblər. Belə hallara gorə Azərbaycandakı karantini normal karantin hesab etmək olmaz.

Xəstsəlik pik dövrünə doğru gedir. Yoluxma hallarının çoxalması təxminən karantin qaydaları yumşaldıqdan sonra olan sıx təmaslarla bağlıdır. Bu bir müddət davam edəcək.

Hesab edirəm ki, iyul ayının ortalarına qədər artım olacaq. Daha sonrakı mərhələdə epidemioloji vəziyyət asılı olacaq rayonlarla Abşeron yarımadası arasındakı karantin tədbirlərinin müəyyən edilməsinə, yəni yolların açılmasına. İnsanlar rayona üz tutduqdan sonra seyrəlmə baş verə bilər. Bununla yanaşı epidemioloji coğrafiya genişlənə bilər.

Düşünürəm kollektiv immunitetə doğru gedirik və əhalinin böyük əksəriyyəti virusa yoluxacaq. Kollektiv immunitetin yaranmasıyla virus da tədricən yoxa çıxacaq. Bu proses ilin sonunadək davam edəcək".

Saglamolun.Az