Mingəçevirdə ticarət mərkəzlərinin birində ölüm hadisəsi baş verib.
“Ölkə.Az”ın bölgə müxbirinin verdiyi məlumata görə, oğlunun toyuna hazırlaşan 1977-ci il təvəllüdlü Zamanova Hafizə Əhliyət qızı gələcək gəlininə gəlinlik libası seçmək üçün mağazaya gedib.
Alış-veriş zamanı qəflətən qadının halı pisləşib və huşunu itirib. Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır
Qeyd edək ki, dünyasını dəyişən qadın məcburi köçkündür və Mingəçevirdə müvəqqəti məskunlaşıbmış.
Saglamolun.Az