Çinli qadın kipriklərində minlərlə gənə yetişdirdi

Çinin Hubey vilayətinin sakinində gənələr kipriklərində məskən salıblar.

32 yaşlı qadın son yarım ildə gözlərinin qıcıqlanmasından və kipriklərinin tökülməsindən şikayətlənib. Xəstəxanaya müraciət etdikdən sonra onun kipriklərində anomal sayda mikroskopik gənələr tapıblar.

Oxu.az bildirir ki, həkimlərin rəyinə görə, qadın yuxudan qabaq kosmetikanı sona qədər yumayıb yaxud elə kosmetikalı yatıb. Ölmüş dəri və kosmetika çirki gənələrin çoxalması üçün münbit şərait yaradıb.

Gənələrin artımına isti hava şəraiti də təsir göstərir: 1 kiprikdə 36-ya qədər həşarat yaşaya bilər.

Saglamolun.Az