İki uşaq sahibsiz itin qurbanı oldu

Kürdəmir rayonunda iki yeniyetməni it dişləyib.

Report.az bildirir ki, hadisə Bala Kəngərli və Şahsevən kəndlərində qeydə alınıb.

Belə ki, həmin kəndlərin sakinləri - 2004-cü il təvəllüdlü Aytən İsmayıl qızı Nəbiyeva və 2008-ci il təvəllüdlü Səbuhi Saleh oğlu Novruzovu it dişləyib.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara quduzluq əleyhinə peyvənd vurulub.

Saglamolun.Az