Meteohəssas insanlara XƏBƏRDARLIQ - Havanın temperaturu kəskin artacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava günəşli olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 31-də hava yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

İyulun 31-də Abşeron yarımadasında gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...

 


Яндекс.Метрика