"Nargis" fondu qardaş ölkə Türkiyə Respublikasının səfirliyi ilə birgə "Qız Qalasından Kız Kulesinedək" xeyriyyə layihəsinə start verib.
Milli.Az xəbər verir ki, fonddan verilən məlumatda deyilir:
"Layihə çərçivəsində "Nargis" fondu "Türk Hava Yolları", "MUSİAD", "Ziraat" bank və "145 Group"un dəstəyi ilə Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edəcək.
İftar ardıcıl olaraq 15,16,17 may tarixlərində 3 gün davam edəcək. Allah dualarınızı qəbul etsin! Gəlin orucumuzu birgə açaq!".
Saglamolun.Az