Dırnağında yaranan kiçik qara ləkə gənc modelin həyatını dəyişdirdi / FOTOLAR

21 yaşlı amerikalı model Karoline Casko dırnağında yaranan kiçik qara ləkənin səbəbini öyrəndikdə həyatının şokunu yaşayıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 2018-ci ildə yaşadığı ölkəni təmsil edərək ölkənin ən gözəli seçilmək üçün yarışan model iki ayda üç dəfə etdiyi dırnaq taxma prosesi zamanı ultrabənövşəyi şüalara məruz qalarkən bu prosesin bədənində yaratdığı təhlükədən xəbərsiz olub.
Dırnağında gördüyü bu göyərtinin qabıq olduğunu düşünən modelin barmaqları bir həftə sonra şişməyə başlayıb və o, həkimə müraciət edib.

Bir neçə müayinədən keçən Casko dırnaqlarındakı xətlərin melanoma, yəni bir növ dəri xərçəngi olduğunu öyrənib.

Xəstəliyinin daha çoxyayılmasından qorxan model həmin dırnağını tamamilə çıxarıb və 1 il il müddətində barmağının o hissəsini sarğıyla örtüb.

Çətin bir prosesdən sonra Casko xəstəliyə qalib gəlib və yaşadığı bu hadisəni insanları məlumatlandırmaq üçün paylaşıb.

“İnstagram”da minlərlə izləyicisi olan Casko insanların özləri ilə barışıq olmalarını və heç vaxt inamlarını itirməməsinin vacib olduğunu deyib.

Saglamolun.Az