Ölən və zərərçəkənlər haqqında ziddiyyəli informasiyalar hərəkət edir.
“RİA-Novosti” agentliyi Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən 1 nəfərin həlak olduğunu, 4-nün yaralandığı yazıb. “Moskva” agentliyi 10 nəfərin öldüyünü bildirib. TASS agentliyi tibb işçilərinə istinadən "Superjet" təyyarəsinin qəzalı enişi zamanı 13 nəfərin həlak olduğunu xəbər verib.
“Aeroflot” şirkətinə məxsus təyyarədə 78 nəfər - 73 sərnişin və ekipajın beş üzvü olub. Yanğın artıq söndürülüb.
***
Moskvanın Şeremetyevo aeroportunda sərnişin təyyarəsi yanıb.
Publika.az xəbər verir ki, bu haqda “112” Telegram-kanal bildirib.
Kanalın məlumatına görə, layner Moskva-Murmansk reysini yerinə yetirirdi. Təyyarə eniş edərkən yanmağa başlayıb. Hadisənin görüntüləri sərnişinlərdən biri tərəfindən qeydə alınıb.
İlkin məlumatlara əsasən, zərərçəkən yoxdur.
Hadisə yerində yanğınsöndürənlər işləyirlər. Həmçinin bildirilir ki, aeroport uçuş və enişə bağlanıb, bütün reyslər təxirə salınıb.
Saglamolun.Az