Загрузка...

Qanköçürmənin bilmədikləriniz tərəfləri - CƏDVƏL

Qanköçürmənin və onun əsaslarının kəşfi tibdə ən mühüm kəşflərdən biri sayılır.

Bir çox ağır vəziyyətlərdə (travma, qanaxma, cərrahi əməliyyat, bəzi qan xəstəlikləri, ağır anemiya və s.) məhz qanköçürmə insanın həyatını xilas edir. Tibdə bu prosedura "hemotransfuziya" adlandırılır.

1667-ci ildə fransız kralı XIV Lüdovikin şəxsi həkimi Jan-Batist Deni ilk dəfə insana quzu qanı köçürdüb. Resepiyent (qan alan) sağ qalıb. Bu uğurdan sonra həkimin bir neçə pasiyenti qan köçürülməsi nəticəsində həlak olub və həkim hətta "qatil" kimi məhkəmə qarşısında durub. Xoşbəxtlikdən, həkim bəraət qazanıb, lakin sonra həkimlikdən imtina edib.

Uzun illər ərzində qanköçürmə ilə bağlı olan təcrübələr davam edirdi. Onlardan bəziləri yaxşı, digərləri isə pis nəticələnir və xəstə həlak olurdu. Bunun səbəbi yalnız 1901-ci ildə aşkar olundu. Vyana həkimi Landşteyner aşkar edib ki, bütün insanların qanı eyni deyil, müəyyən maddələrin olub-olmaması ilə fərqlənir. Beləliklə, qan 4 qrupa bölünüb   (I(0), II (A), III(B), IV(AB)) və qan qrupların bir biri ilə uyğunluğu araşdırılıb (hansı qan qrupu hansı qan qrupuna köçürülə bilər). Belə ki, I-ci qrupuna aid olan insanlar ideal donordılar (qan verən insan) - onların qanı bütün digər qruplara köçürülə bilər. IV-cü qrup isə ideal resepiyentdir (qan alan insan) - ona istənilən qan qrupu köçürülə bilər. Qan qrupların uyğunluğu cədvldə göstərilib.

Lakin qan qrupların kəşf olunması bütün problemləri həll etmədi - bəzən hətta uyğun qan qrupun köçürülməsi resepiyent üçün ölümlə nəticələnirdi. Yalnız 1940-cı ildə rezu-faktorun kəşfi bu problemdə nöqtə qoydu. Qanköçürmə zamanı tək qan qrupu deyil, rezus faktor (müsbət və ya mənfi ola bilər) nəzərə alınmalıdır.

Müasir tibdə qan adətən köçürülmür - qanın komponentləri (eritrositlər və ya leykositlər kütləsi, qan plazması, trombositlər) köçürülür.

Hemotransfuziya riskli prosedura sayılır ki, onun nəticəsində resepiyentdə həyati vacib proseslərin ağır pozulmaları mümkündür. Bu səbəbdən hemotransfuziya yalnız bu prosedurasız insanın həyatını xilas etmək mümkün olmadıqda tətbiq edilir.

Bəzən böyük qan itkisi ilə bağlı olan cərrahi əməliyyatlardan əvvəl xəstənin öz qanı götürülür və saxlanılır ki, lazım olduqda istifadə olunsun.

İdmançılar da bu üsuldan istifadə edir. Buna "qan dopingi" deyilir. Bu prosedurdan sonra idmançının əzələləri daha yaxşı işləməyə başlayır.

Qanköçürmədən əvvəl pasiyent müayinə olunur, hemotransfuziya üçün əks-göstərişlərin olub-olmaması təyin olunur, qan qrupu və rezus-faktor yoxlanılır, donorun və resepiyentin qanının uyğunluğu təyin olunur, xüsusi testlər aparılır. Daha sonra bioloji sınaq aparılır - xəstəyə 25-30 ml qan köçürülür və həkimlər xəstəyə nəzarət edir. Məsələ burasındadır ki, hətta tam uyğun qanın köçürülməsi ağırlaşmaların inkişafına səbəb ola bilər. Əgər xəstə özünü yaxşı hiss edirsə (nəfəsalmanın və nəbzin artması, üzün qızarması, narahatçılıq və s. yoxdur) qan köçürülür.

Uyğun olmayan qanın köçürülməsi nəticəsində orqanizmin bütün sistemlərində ağır pozulmalar yaranır ki, insan tez bir zamanda həlak ola bilər.

Müasir tibb aləmində uzun illərdir ki, süni qanın yaratması üzərində elmi işlər aparılır və müəyyən uğurlar əldə olunub.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика