Beyin dövranı üçün ən güclü ot - ROZMARİN və FAYDALARI

Beyninizin və bədəninizin yorğun olduğunu hiss etdinizmi? Bilin ki, lazımi enerjini verə biləcək güclü və aromatik bir ot var.

Sağlamolun.az həmin otu və ondan istifadə qaydasını təqdim edir:

Rozmarin isti iqlimlərdə yaxşı inkişaf edir və ədviyyat kimi geniş istifadə olunur. İnsanlar uzun əsrlər boyu rozmarinin müalicəvi gücündən istifadə edərək sağlamlıq problemlərini müalicə ediblər.

Rozmarin ürəyin fəaliyyətini və qan dövranını yaxşılaşdırır.

Beyin qan dövranını yaxşılaşdırmaq və ürəyin fəaliyyətini bərpa etmək  üçün rozmarindən aşağıdakı şəkildə istifadə etmək tövsiyə olunur:

✅ 1 çay qaşığı rozmarin yarpaqlarına 2 stəkan qaynar su ilə tökün;
✅ 30 dəqiqə termosda saxlayın, sonra süzün;
✅ Gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı qəbul edin.

Saglamolun.Az